"Turizmin əsasları" adlı dərslik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tarixində yenilik kimi qiymətləndirilə bilər. Dərslikdə turizm sahəsinə kompleks şəkildə yanaşılmış, turizm elminin müasir tələbləri nəzərə alınmışdır. Dərslik ali və orta ixtisas məktəblərin professor - müəllim heyəti və tələbələri, mədəniyyət və incəsənət işçiləri, turizm marketinqi mütəxəssisləri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulur.