Sara Aşurbəylinin bu kitabı Bakı şəhərinin orta əsrlər tarixinə həsr olunmuşdur. Erkən və inkişaf etmiş orta əsrlərdə Bakı neftinin çıxarılması və emalı üzrə mühüm mərkəz kimi məşhur olan Bakı şəhərinin sosial-iqtisadi, siyasi və mədəni həyatı öyrənilmiş, müasir dövrədək qalmış memarlıq abidələrinin təhlili verilmiş, uzun tarixi dövr ərzində elm və təsviri incəsənətin vəziyyəti göstərilmişdir. Arxeoloji materiallara istinad edərək, Bakını antik dövrün şəhəri adlandırmaqla bu kitabda Bakı tarixinin ən parlaq dövrü - XII-XV əsrlər Şirvanşahların hakimiyyəti dövrü olduğu bu materiallar əsasında sübut edilmişdir.
Kitabda Azərbaycanın orta əsr dövlətlərindən biri olan Şirvanşahlar dövlətinin sosial-iqtisadi, siyasi tarixi və mədəniyyəti araşdırılır. Şəhərlərin iqtisadi vəziyyəti, əhalinin sosial tərkibi, feodal cəmiyyətinin quruluşu, Şirvanşahlar sülalələrinin tarixi açıqlanır. Əsər numizmatik, epiqrafık və arxeoloji materiallara əsaslanaraq bir sıra Şərq (ərəb, fars, türk), gürcü, rus, Qərbi Avropa mənbələrinə istinadən yazılmışdır.