Güntay Gəncalp. "Səfəvilər".Mübahisəli, sübyektiv fikirlər, bəzən qərəzli, bəzən pafoslu mülahizələrlə dolu bir kitab olaraq Səfəvilər tarixinə yeni, tam fərqli bir baxış sərgiləmək məqsədilə yazılıb. Bu günə qədər tarix üzərinə bir tərəfli yanaşmalar və ona mədhiyyələr yağdırmalar yalnız ziyan vermiş və insanların tarix üzərinə düşünmə imkanlarını dondurmuşdur. Bu əsərdə Azərbaycan tarix elmi üçün bilinməyən “şüubiyyə” kimi yeni anlayışlar ortaya qoyulmuş və Səfəvilərlə şüubiyyə hərəkatının əlaqələri geniş ölçüdə araşdırılmışdır. Kitabda Səfəvi kimliyinin doğuşu və iqtidara yüksəlişi fərqli bir bucaqdan incələnib dəyərləndirilmişdir.