"Ümumi mətnşünaslıq". Kitabda bədii mətnin təşkili mexanizmi, onun informativ strukturu, bədii mətn üçün səciyyəvi olan funksional-məzmun, strukturforma elementləri, şeir və nəsr mətnlərin fərqli xüsusiyyətləri, mürəkkəb sintaktik bütövlərin bədii mətn vahidi kimi formalaşması, bədii mətn dili üçün spesifik olan bədii təsvir və ifadə vasitələri sistemi, fonem, heca, intonasiyanın, ahəng qanununun bədii mətndəki rolu araşdırılır, «Kitabi-Dədə Qorqud»un dili üzərində aparılan müşahidələr əsasında türk bədii mətninə məxsus kontekstual struktur təhlil olunur.