Şəmsəddin Təbrizi. "Məqalat və ya Xirqeyi - Şəms". Şəmsəddin Təbrizinin “Məqalat’’ əsəri təsəvvüf irsində qiymətli xə zinələrdən sayılır. Əsər Şəmsin xütbələri və söhbətlərindən toplanıb. İrfan aləmində Cəlaləddin Ruminin müəllimi kimi mühüm yer tutan Şəmsəddin Təbrizinin bu əsəri təsəvvüf barədə geniş məlumatlar verir və Qurani-Kərimin bəzi ayələrini təfsir edir. Əsər Şərqin bir çox övliyaları və mütəfəkkirləri barədə də məlumatlarla zəngindir.
Böyük Azərbaycanlı sufisi Şəms Təbrizinin bizə gəlib çatan yeganə kitabı. Bu kitabda müəllifin sufilik, eləcə də İslam dini haqqında fikirləri toplanmışdır. Kitabdakı məqalələr Şəms Təbrizinin tələbələri tərəfindən toplanılmış və kitab halına salınmışdır. Kitab osmanlı türkcəsindədir.