Nurlan Quliyeva. "Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası" (Düşüncənin riyazi dili). Kitab riyaziyyatın konstruktiv təlimlə tədrisinə aid metodik göstərişlərdən, dərs nümunələrindən və riyazi anlayışların bədiiləşdiyi elmi hekayələrdən ibarətdir. Müəllif, vəsaitdə riyaziyyatın həyatadakı rolunu göstərməklə, elmi həyatiləşdiməyə, yaradıcı öyrənmənin mahiyyətini açmağa çalışmışdır. Kitabdakı tövsiyyələr elmin anlam yolu ilə qavranılması üçün yaradıcı təfəkkürün formalaşmasına xidmət edir. Metodik vəsait orta məktəb şagirdləri, tələbələr və müəllimlər üçün nəzərdə tutulmuşdur.
Gənc müəllifin oxuculara təqdim olunan bu ilk kitabında fantastik, elmi-fantastik povest və hekayələr, eləcə də mənzum təmsil, miniatürlər yer alıb. Povestlərdə kainatda, qalaktikalarda, planetimizdə gedən təbii prosseslərdən, mövcudluğu təxmin olunan sivilizasiyalararası əlaqələrdən gənclərin romantik eşq məcaralarından bəhs edilir. Təmsillərdə isə heyvanların timsalında mərdlik, məğrurluq, zəhmətkeşlik aşılanır. Hekayələrin əsasında müxtəlif hadisələrə yazıçının maraqlı münasibəti durur. Ailə münasibətlərinin sirlərini açıqlamağa çalışan müəllif qəribə nəticələrə gəlir.