"Anthology of Ashıg - Azerbaijan" / "Azərbaycan Aşıq musiqisi antologiyası". Alman, ingilis və Azərbaycan dilində. Əsrlər boyu milli kimliyimizin şifrələrini daşıyan bir ali sənət - ruhani sahə haqqında əla kitab...
"Bəxtiyarnamə". Qədim Şərq və Azərbaycan ədəbiyyatında ən çox yayılmış mövzuda xalq dastanı. Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəşri...
"Azərbaycan folkloru". Məktəblilər və uşaqlar üçün seçmələr... Antologiyada elin söz yaddaşından nümunələr - bayatı, tapmaca, nağıl və başqa janrlarda folklor məhsulları daxil edilib...
"Azərbaycan xalq ədəbiyyatından seçmələr". Qədimlərdən gələn qaravəllilər, xalq tamaşaları, oyunlarımız... Balacalarımıza, eləcə də Dünyanın 50 milyonluq Azərbaycanlılarına hər iki - Həmrəylik Günü və Yeni il Bayramı münasibətilə portalın hədiyyə-təbriki...
"Azərbaycan folklor Antologiyası" (XVI kitab). "Ağdaş folkloru" cildi... AMEA Folklor İnstitutunun rəsmi nəşri. Bu kitabda Azərbaycan qədim yaşayış məskənlərindən sayılan Ağdaş bölgəsinin şifahi xalq ədəbiyyatı - folklor nümunələri toplanıb...
"Azərbaycan folklor Antologiyası" II Kitab. "İraq-Türkman" cildi... AMEA Folklor İnstitutunun rəsmi nəşri. Bu kitabda əslən Azərbaycan türkləri olan türkmanların ağız ədəbiyyatına aid folklor nümunələri toplanıb...
"Dəli Dümrül dastanı". Ərəb qrafikasında. "Kitabi-Dədə Qorqud" eposundan Dəli Dümrül boyunun əsli və sadələşdirilmiş mətni! www.dqk.blogfa.com -da başqa kitablar da yükləyə bilərsiniz.
"Əfsanələr, əsatirlər və rəvayətlər". Azərbaycan əxalqının mifoloji düşüncəsinin ən qədim formaları sayılan əsatirlər, əfsanələr və rəvayətlər indi də maraqla oxunur. Bəzən qədim tariximizin kodlaşdırılmış izlərini də onlarda tapmaq mümkündür. Əsərlərdə dialekt və şivələrin koloriti qorunub saxlanılıb.