Əsrlərin yaddaşından süzülüb gəlmiş el dastanlarımızın - xalq romanlarının bir hissəsi "Azərbaycan dastanları" (Beş cilddə. I Cild) antologiyasında toplanıb. Burada əsrarəngiz təbiət mənzərəsindən tutmuş, tarixin kodları, aşıq şerinin gözəl nümunələri, bədii nəsr, igidlik, qəhrəmanlıq, eşq səhnələri, ölməz məhəbbət rəvayətlərindən söhbət gedir...
Azərbaycan xalq nağılları dünya və Şərq nağıllarının ən dəyərli nümunələrindən sayılır. Sehirli, möcüzəli hekayətlər, eyni zamanda, milli-etnik şüurun daşıyıcıları, "genetik arxivi" də sayıla bilər... Bu beşcildlikdə indiyə qədər toplanmış nağıllarımız da sizlərə təqdim edilir.
"Biri vardı, biri yoxdu..." ilə başlayan möcüzəli əsərlər... Azərbaycan xalq nağılları dünya və Şərq nağıllarının ən dəyərli nümunələrindən sayılır. Bu beşcildlikdə indiyə qədər toplanmış nağıllarımız sizlərə təqdim edilir.
Əsrlərdən bəri xalqın yaddaşından süzülüb gəlmiş Molla Nəsrəddin lətifələrinin hər birində gülüşlə yanaşı sufi fəlsəfəsinin sirləri, elm və bilgi kodları gizlənib. Ariflər üçün elm, xalq üçün gülüş ünvanı sayılan bu xalq ədəbiyyatının şah nümunələrini bir kitabda sizlərə təqdim edirik...
Türk xalqlarının böyük əksəriyyətinin (türk, türkmən, özbək, qazax, başqırt, tatar, qaraqalpaq, Azərbaycan türkləri və b.) şifahi ənənəsində mövcud olan "Koroğlu" dastanı Tunadan Balkanlara, Sibirdən Suriyaya qədər geniş bir coğrafi arealda yayılıb. Yayılma miqyasına, həcminə və şöhrətinə görə "Koroğlu" yeganə dastandır ki, variant və versiyalarının sayı beş yüzdən çoxdur.
Azərbaycan İnancları. Əsrlər boyu xalqın etnik-kulturoloji yaddaşından saxlanılan, indiki nəsillərə ötürülən, hər birində böyük hikmət, elm gizlənən bilgilər...
"Prezident İlham Əliyev və Mədəniyyət" adlı unikal ikicildliyin II cildi Azərbaycan Respublikası Prezidentinin 2003-2008-ci illər ərzində milli mədəniyyətimizlə bağlı təbrikləri, sərəncamları, qanunlar, fərmanları, eləcə də başqa rəsmi sənədləri əhatə edir.