"Dastani-Əhməd Hərami" XIII əsrdə Azərbaycan dilində qələmə alınmış ilk məsnəvi hesab olunur. Əsərin süjet xətti şər qüvvələrin timsalı olan Əhməd Hərami ilə xeyir qüvvələrin rəmzi kimi təsvir olunan Güləndam arasındakı konflikt üzərində qurulmuşdur. Gizli və açıq mübarizə şəklində davam edən konflikt Güləndamın qələbəsi ilə nəticələnir. Əsərdə zülmə, ədalətsizliyə qarşı dərin nifrət, nəcib, layiqli, humanist insanlara qarşı isə yüksək məhəbbət vardır. Dastan xalq ədəbiyyatından bəhrələnmiş və xoşbəxt sonluqla bitir.
Lətifələr bugünlərdə işıq üzü görən "Laçın folkloru" adlı kitabdan götürülüb. Tanınmış şair-publisist İlham Qəhrəmanın regional folklor seriyasından olan "Laçın folkloru" kitabına müəllifin uşaqlıqdan üzü bəri Laçında eşitdiyi və Azərbaycanın müxtəlif rayonlarına səpələnmiş laçınlıların dilindən qələmə alınmış lətifələr, bayatılar, səvələmələr, söyləmələr, bəzəmələr, tapmacalar, əfsanələr, söhbətlər, ağılar, deyişmələr və başqa ağız ədəbiyyatı nümunələri toplanıb. Sayt kitabdan seçmələri müəllifin xüsusi icazəsi ilə təqdim edir. Belə bir icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq müəllif hüquqlarına ziddir.
Bu tоpludа Şаhbuz rаyоnundаn tоplаnmış fоlklоr nümunələrinin müəyyən hissəsi vеrilmişdir. Fоlklоrun müxtəlif jаnrlаrınа аid bu nümunələrdə xаlqımızın mifik dünyаgörüşü, inаmlаrı, аdət-ənənələri öz əksini tаpmışdır. Xаlqın yаddаşındа yаşаyаn bu nümunələr dünyаnın və xаlqımızın mənşəyi, təbiət hаdisələrinin, müxtəlif sоsiаl-psixоlоji prоsеslərin mаhiyyətini аydınlаşdırmаğа kömək еdir.