Fərid Hüseyn. "Sevdiyim əsər. 101 ədəbi söhbət". Kitabda dünya və Azərbaycan ədəbiyyatının şah əsərləri haqqında seçkin söz və fikir adamlarının müsahibələri toplanıb. Toplu Azərbaycan ədiblərinin dünya ədəbiyyatına, ən çox sevdikləri əsərlərə münasibətlərini aydınlaşdırır, həmin əsərlər əhatəli şəkildə təhlil olunur.
Fərid Hüseyn. "300-dən sonrakı azərbaycanlılar" kitabını yazmaq Kamal Abdullanın "300 azərbaycanlı" esselər kitabını oxuyandan sonra ağlıma gəldi. Bəzən insan elə kitabla qarşılaşır ki, oxuya-oxuya kədərlənir. Səbəb bu qədər sadədir: səhifələrin sona çatmasını istəmirsən. Belə kitablardan biri də "300 azərbaycanlı" idi. Ürəyimə bir istək doldu: bu kitabın "ardını" yazmaq. Yalnız bu yolla "300-azərbaycanlı" kitabı sona çatmaya bilərdi...
Fərid Hüseyn. "Əlifba sırası". Çağdaş ədəbiyyatımızın istedadlı və ciddi iddialı gənc şair-yazarından maraqlı, özü də ilk kitabı! Şeirlər və esselər...