Füzuli Yavər. "Çöl çiçəkləri" (Tele-pyes). Pyes əsasında vaxtı ilə kinorejissor Rüfət Şabanov tərəfindən AzTV-də çox maraqlı film-tamaşa hazırlanmışdır. Real həyat hadisələri əsasında işlənmiş bu melodramatik əhvalat bir qədər ənənəvi məhəbbət üçbucağını xatırlatsa da, əslində bu tipli əsərlərdən çox fərqlidir. Belə ki, burda tərəflər bir-birilə mübarizə aparmır, əksinə, bir-birini anlamağa, bir-birinə kömək etməyə çalışır, "üçbucaq"dan çıxmağa yollar axtarırlar.
Füzuli Yavər. "İlk məhəbbət gecəsi". Epik stildə tele-pyes. Yazıçı-damaturqdan növbəti səhnə əsərinin elektron variantı. YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 03-10 (19 - 2014)
Füzuli Yavər. "Qoz əhvalatı". Pyes. Yazıçı Aslan Quliyevin hekayəsi əsasında işlənmiş, olduqca gülməli, eyni zamanda dərdli, qəmli bir dramatik qroteskvari əhvalat.
Füzuli Yavər. "Bermud üçbucağı" (televiziya pyesi). Televiziya üçün işlənmiş detektiv, psixoloji bir pyes. Hadisələr qeyri-müəyyən bir xarici ölkədə baş verir.
Füzuli Yavər. "Qara pərdəli pəncərə". Maqiya teatrı üçün işlənmiş yeni və maraqlı bir pyes. Görkəmli türk yazarı S. Dərvişin məşhur "Fosforlu Cevriyyə" romanı əsasında. Çox hüznli, faciəvi sonluqlu bir sevgi hekayəsi.“Çağdaş pyes” N 05 (112 - 2013)
Füzuli Yavər. "Meşəli Kəndinin yay günləri". Çox qəmli komik dram... Əslində bu qəmli bir əhvalatdır, komik üslubda işlənsə də (Hətta elə səhnələri var ki, oxucu gülməkdən göz yaşlarını belə saxlaya bilmir). “Çağdaş pyes” N 04 (61 - 2013)
Füzuli Yavər. "Olesya".Magiya teatrı üçün daha bir pyes. A.Kuprinin ölməz "Olesya" povestiəsasında işlənmiş iki hissəli dram. Bu povest əsasında dəfələrlə bədii film çəkilib, səhnə əsərləri, hətta balet tamaşaları da hazırlanıb. "Olesya" ya qarşı marağın ildən-ilə artması bu əsərin ruhundakı izahedilməz magiyadadır.
Füzuli Yavər. "Talisman, yaxud Fəlakətlər gecəsi". (Bir az magik, bir az dramatik, qeyri-adi bir əhvalat). İki hissəli pyes. Bir qədər erotik, bir qədər magik, bir qədər realizmdən də o yana-naturalist, bir az simvolik, fantastik, psixoloji, postmodernist, üç nəfərin iştirakı ilə...
Füzuli Yavər. "Bülbül yuvası" (bir pərdəli psixoloıi, detektiv pyes). Məşhur detektiv yazar Aqata Kristinin "Bülbül Kotteci" hekayəsi əsasında işlənmiş bu səhnə əsərində çox psxoloji, gərginliklə, sirlə dolu maraqlı bir əhvalat təsvir olunur. Gənc qadın Eleks bir gün xəbər bilir ki, sevərək ərə getdiyi kişi Cerald heç demə axtarışda olan məşhur bir qatil imiş. O, evləndiyi qadınları bir müddət keçincə qətlə yetirib zirzəmidə basdırırmış. Bu gecə də Eleksin növbəsi imiş... Eleks bu vəziyyətdən qurtula bilirmi? Qurtulursa necə qurtulur?.. Finalı oxucu böyük həyəcanla, təlaşla gözləyir...