Oqtay Əliyev və Nurəddin Abbasov. "Heydər Əliyev və Milli Qəhrəmanlar - Müqəddəs amal". Publisitik-kütləvi vətənpərvərlik kitabı. Kitabda Azərbaycanın ərazi bütövlüyü uğrunda mərdlik və şücaət göstərərək Milli Qəhrəman adına layiq görülənlərin ailələri, yaşayan Milli Qəhrəmanlar və onlara göstərilən dövlət qayğısından bəhs olunur.
“Təzadlı dünya”. Bir neçə kitabın müəllifi olan yazıçı-publisist Oqtay Əliyev yeni kitabı ilə oxucularla növbəti görüşünə gəlmişdir. Kitabda böyük fəlsəfi anlamlardan xəbər verən, həcmcə kiçik, lakin məna tutumu geniş olan əsərlər könüllərdən nağıl kimi yaddaşlara hopur, bəzən də bir qığılcıma çevrilərək milli, mənəvi, əxlaqi dəyərləri yaşadır, ümumbəşəri sərvətlərdən agah edir.