"Bakı və bakılılar" barədə xalq yazıçısı və Bakı tarixinin bilicisi Qılman İlkinin bu kitabında çoxlu cavab tapa biləcəksiniz. Vətənimizin və onun paytaxtı Bakının keçmiş günlərinə maraq göstərən hər bir kəs üçün bu kitab çox maraqlı və qiymətlidir. Ensiklopedik səciyyəyə malik bu nəşrdə köhnə Bakının ab-havası və təkrarsızlığı müəllifin publisistik məlumatlarında öz əksini tapmışdır.