Qalib Yağlıvəndli. "Tanrı elçiləri, haqqın yolçuları". Poetik-epik toplu. Qalib Yağlıvəndli şeirləri ilə insanlığı haqqa dəvət etməyə çalışır. Bu kitabında Tanrı və onun elçiləri haqqında bədii, anoloqu olmayan poemalar yer almışdır. Bu poemalarda Tanrıya qovuşmağın ən asan və doğru yolunu göstərmişdir. O, poetik duyğudan istifadə edərək haqqa çatmaq istəyənlərə yol göstərir.
Gənc şair-alim Qalib Yağlıvəndli imzası oxuculara son illərdə yaxşı tanışdır. Onun bu ilk e-kitabına özünün şeirlərindən seçmələr və aforizmlər daxil edilib... Qalib Yağlıvəndli (Məmmədov) Füzuli rayonunun Yağlıvənd kəndində doğulub. O vətəninə, xalqına, sevdiklərinə qarşı olan hisslərini şeir şəklində ifadə etmişdir. Bu kitabda onun Tanrıya, vətənə, valideynlərinə, sevdiyi insanlara olan hisslərini ifadə edən şeirlərinin bir hissəsi toplanmışdır. Sevgini, məhəbbəti, yaşamağı, duymağı, ucalmağı öz duyğuları ilə şeirə çevirmişdir. Bu kitab bir növ müəllifin ilk kitabı olan “Sənli arzularım” kitabının davamıdır.