"Əxbarnamə" əsəri XVIII əsrin sonu-XIX əsrin əvvəlləri Şimali Azərbaycanın Talış- Lənkəran xanlığında cərəyan etmiş hadisələrinin bir çoxunda bilavasitə iştirak etmiş Mirzə Əhməd Mirzə Xudaverdi oğlu tərəfindən qələmə alınmışdır. Müəllif şəxsən şahidi olduğu, yaxud bilavasitə onlarda iştirak etmiş şəxslərdən eşitdiyi hadisələri çox canlı təsvir etmiş, hadisələrdə iştirak edən insanların və hadisələr cərəyan edən ərazilərin külli miqdarda toponimlərinin adını əsərdə göstərmişdir.