Çağdaş Azərbaycan cəmiyyəti dövlət mədəniyyət siyasəti və mədəniyyətin ictimai institutları vasitəsilə əhalinin mədəni səviyyəsini yüksəldir, qabaqcıl ölkələrin mədəniyyətlərinin müsbət nailiyyətləri ilə sintezi şəklində inkişaf edir. Kitabda mədəniyyətimizdə bu müsbət dəyişikliklərin əmələ gəlməsi prosesini sürətləndirən kulturoloji proseslər araşdırılır.
Namiq Abbasov. "Mədəniyyət siyasəti və mənəvi dəyərlər". Kitabda Azərbaycan Respublikasının müasir dövrdə mədəniyyət siyasətinin elmi-müqayisəli təhlili verilir, bu siyasətin milli-mənəvi dəyərlərimizin inkişafındakı rolu araşdırılır və qloballaşma prosesinin neqativ təzahürləri ilə təmasda milli-mənəvi dəyərlərimizin aşınmadan qorunması istiqamətində məqsəd və vəzifələri şərh edilir.