"Qaragünün Ağgün vəkili". Romanı çağdaş Azərbaycan ədəbiyyatının maraqlı imzalarından olan Zaur Qəriboğlunun "Aldadılmış ər" povestindən sonra ilk iri həcmli bədii nəsr əsəridir.
"Qeybdən insana". Gənc yazarın tərtibçisi olduğu bu maraqlı elmi-kütləvi publisitik kitabı xüsusi fitri imkanlara - gücə malik Hacı Məhluqə Çələbiyə həsr olunub. Qoy ona inananlar şəfa tapsın...
Zaur Qəriboğlu. "Səni yaradanı sevirəm..." müasir Azərbaycan ədəbiyyatının maraqlı imzalarından biri olan yazarın "Lal məhəbbət", "Kamilliyə doğru ikinci addım", "Aldadılmış ər" kitabından sonra oxucuları ilə növbəti görüşüdür.
Zaur Qəriboğlu. "Aldadılmış ər" kitabı gənc yazıçının oxucularla üçüncü görüşüdür. Yazıçının bu kitabda müasir həyatın, müasir insanlarının problemlərindən bəhs edən bir neçə əsərləri toplanmışdır. "Aldadılmış ər" povestində gənc, şou - bizness aləmində məşhur olan bir müğənninin qalmaqallı taleyi, həyatında buraxdığı ciddi səhvlər nəticəsində sevdiklərini itirməsindən bəhs edilir. Bununla yanaşı kitabda gənc nasirin son illərdə qələmə aldığı bir neçə maraqlı hekayələri və ilk qələm təcrübəsi olan kiçik əsərləri də toplanmışdır. Kitabda müəllifin "Mənim böyük dünyam" adlı gündəliklərindən, "Əsgərlik anlarından qeydlər" silsiləsində isə əsgər həyatilə bağlı iki hekayəsi də oxucuların ixtiyarına verilmişdir.