Cavan şair-jurnalistin bu yeni kitabı müəllifin 2015-ci ildə 49 yaşında xərçəngdən dünyasını dəyişmiş anası Şəlalə xanıma həsr edilib. "Ulduz” jurnalı ilə “Mücrü” nəşriyyatının birgə layihəsi əsasında çap edilmiş kitabda Vətən, müharibə, sevgi və müxtəlif mövzulu şeirlər toplanıb.
İstedadlı şairə-publisistin Qarabağ savaşında igidlik göstərmiş Cəlilabadın 3 kəndindən olan 16 şəhid və 2 qazinin ömür, döyüş və qəhrəmanılıq yollarına işıq salınır...
Vasif Əlihüseyn. "Divara yazılmış azadlıq sözü". Gənc şairin poetik-vətənpərvərlik toplusu. Vasif Əlihüseynin oxucularla ikinci görüşü olan bu kitabda ictimai-siyasi, vətənpərvərlik notları ilə yanaşı, haqq-ədalət, sevgi motivləri də önə gəlir. Müşahidə dəqiqliyi, özünəməxsus yanaşma tərzi, mövzu rəngarəngliyi müəllif yaradıcılığının oxucu sevgisi qazanacağına əminlik yaradır.
Vasif Əlihüseyn. Ayrılığın rəngi. Şeirlər. İstedadli gənc şairin lirik şeirlərdən ibarət ilk elektron kitabı... "Gənc yazarların İnternet resurslarında e-kitabla iştirakı təlimi" kulturoloji-innovativ layihə çərçivəsində hazırlanıb və yayılır...