Bəxtiyar Tuncay. "Qafqaz Albanlarının dili və ədəbiyyatı"... Əsərin ən diqqətçəkici özəlliklərindən biri də odur ki, burada Qərbi Azərbaycandakı kilsələrin albanlara məxsusluğunu və ermənilərə heç bir aidiyyatı olmadığını təkzibedilməz şəkildə sübut edən bəzi mühüm faktlar ortaya qoyulmuşdur və özü də bu halda bilavasitə erməni mənbələrinə istinad edilmişdir. Şübhəsiz ki, bu kitab elm aləmində böyük bir sensasiyaya səbəb olacaq, əski baxışların yenisi ilə əvəz olunmasının əsasını qoyacaqdır.