Faiq Ələkbərov. "Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü". Elmi-ictimai monoqrafiya. Monoqrafiya Azərbaycanın, bütövlükdə türk dünyasının böyük oğlu, xalqımızın fəxri, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, başçısı, siyasi və dövlət xadimi, ədəbiyyatşünas, mütəfəkkir Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşünə həsr olunub. Monoqrafiyanı M.Ə.Rəsulzadə yaradıcılığının bütöv və sistemli araşdırılmasına həsr olunmuş ilk kitablardan biri kimiqəbul etmək olar. Eyni zamanda, bu əsərdə Azərbaycanın ictimai-siyasi və fəlsəfi fikir tarixinin milli ideoloji mənbələri dəaçıqlanır.
Faiq Ələkbərov. "Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış" (II hissə). Monoqrafiyadan fəlsəfə, tarix, politologiya, ədəbiyyat, dilçilik, etnoqrafiya, kulturologiya və başqa elm sahələrində çalışan müxtəlif səviyyəli mütəxəssislərin - bakalavrların, magistrlərin, doktrantların, elmi işçilərin, müəllimlərin, eyni zamanda geniş oxucu kütləsinin faydalanması nəzərdə tutulur.
Faiq Ələkbəov. "Milli ideolologiya probleminə tarixi-fəlsəfi baxış" (I hissə). İstedadlı gənc alim, yazar-publist, dövri mətbuat və İnternet portallarında elmi-ədəbi araşdırmalarıyla tez-tez çıxış edən Faiq Ələkbərovun ilk e-kitabı... "Gənc yazarın ilk e-kitabı" silsiləsindən...