Ulu klassik şairimiz və böyük dövlət xadimi Şah İsmayıl Xətayinin adı XVI əsr Azərbaycan varlığının bütün taleyüklü məsələləri ilə bağlı оlaraq iftixar hissi ilə çəkilir. Оnun müstəsna qabiliyyəti və ardıcıl qayğısı sayəsində milli dilimizin yad dillərin təsirindən təmizlənməsi və qədim mədəniyyətimizin dirçəlişi başlanmışdır.