II Qarabağ - Vətən müharibəsi zamanı vətənin bütövlüyü uğrunda şəhid olmuşlara ittihaf edilən bu poetik və publisitik əsərlərdən ibarət toplu "Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması" - Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı kulturoloji-innovativ layihə çərçivəsində hazırlanaraq yayımlanır.
Şirin xanım Kərimbəyli Şadiman. "Ömür yükü". Poetik toplu. Şirin xanım Azərbaycan ədəbiyyatında öz dəsti xətti olan sənətkarlardan biridir. Onun yaradacılığı təkcə Vətən məhdudiyyətində qalmır. O, öz ürəklər fəth edən yaradıcılığı ilə çoxdan Azərbaycan sərhədlərini aşıb. Dünyanın harasında bir ağrı-acı varsa, Şirin xanımın ilhamlı qələmi orda olur və o ağrıları nəzmə çəkir. Şair istər şeiriyyəti, istərsə də publisist düşüncələri ilə oxucu ürəyini riqqətə gətirən sənətkardır.
Şirin xanım Kərimbəyli Şadiman. "Kiminə acı dünya, kiminə tacı dünya". İstedadlı və məhsuldar şairənin növbəti kitabında yaradacılığının müxtəlif istiqamətlərini əks etdirən şeirləri toplanıb.
Şirin xanım Kərimbəyli Şadiman. "Ağıla bəhər dünya, ürəyə qəhər dünya". İstedadlı şairə Azərbaycan ədəbiyyatında öz dəsti xətti olan imza sahibinin 2006-ci ildə işıq üzü görmüş ictimai-lirik şeirlərdən ibarət poetik kitabı.
Şirin xanım Kərimbəyli Şadiman. "Seçmələr". Vətən və vətənpərvərlik mövzusunda seçmə şeirlər. Tanınmış şairə Azərbaycan ədəbiyyatında öz dəsti xətti olan sənətkarlardan biridir. Onun yaradacılığında Vətən mövzusu əsas xətt kimi gənclərə çatdırılır. ARGF və YYSİB - 31
Şirin xanım Kərimbəyli Şadiman. "Yol gedirik". Vətənpərvərlik mövzusunda poeziya kitabı. Şairə Azərbaycan ədəbiyyatında öz dəsti xətti olan sənətkarlardan biridir. Onun yaradacılığında Vətən mövzusu əsas xətt kimi gənclərə çatdırılır. AGF və YYSİB - 7
Şirin Xanım Kərimbəyli Şadiman. Seçilmiş əsərlər” - V cild. Şeirlər, nəzm hekayələr toplusu. Bu yeni kitabında da istedadlı qələm sahibinin maraqla oxunan aktual poetik-bədii yazıları yer alıb. Kitab müəllifin çapdan çıxmış kitablarının əsasında tərtib olunub. Şeirlərin ruhu dünyəvi, milli, vətənpərvərlik, təbiət, məhəbbət mövzuları ilə cilalanıb. Dünyanın ağrı-acılarını öz ürəyində daşıyan müəllifə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq...
Şirin Xanım Kərimbəyli Şadiman. “Tək yaradana gümanım”. Şeirlər, nəzm əsərləri - hekayələr, publisitik məqalələr toplusu. Bu yeni kitabında da istedadlı qələm sahibinin maraqla oxunan aktual ədəbi-publistik yazıları yer alıb.
Şirin Xanım Kərimbəyli Şadiman. "Söz könlümü qələm etdi" (publisistik düşüncələr, toplu). "Söz könlümü qələm etdi" kitabı müəllifin yaradıcılığı boyu müxtəlif illərdə qələmə aldığı məqalələr toplusudur. Məqalələrin mövzusu bir sıra qələm sahiblərinin yaradıcılığı, habelə siyasi, mədəni, mənəvi həyatımızda baş verən bir çox proseslər barədə söz çələngidir. Ümid edirik ki, "Söz könlümü qələm etdi" kitabı oxucular tərəfindən maraqla qarşılanacaq.
Şirin Xanım Kərimbəyli Şadiman. "Seçilmiş əsərlər". IV cild (Şeirlər, poemalar, dramlar). Toplu müəllifin indiyəcən çapdan çıxmış kitablarının əsasında tərtib olunub. Şeirlərin ruhu dünyəvi, milli, vətənpərvərlik, təbiət, məhəbbət mövzuları ilə cilalanıb.