Kitab qadın cəza evindən (“Həbsxana bənövşəsi”) və cinsi azlıqlardan bəhs edən (“Sanitarlar”) məhbəs pyeslərindən ibarətdir. Bu pyeslər Azərbaycan ədəbiyyatında məhbəs mövzusunda ilk nümunələrdir...
Müəllif “Mənim gündəliklərim” adlı memuarda 1987-1991-ci illərdə Azərbaycan Sovet Respublikasında baş verən şahidi olduğu mühüm ictimai-siyasi hadisələri (1988-cil noyabr, 1990- cı il yanvar) işıqlandırmışdır. Cəmiyyətin müxtəlif təbəqələrindən olan yüzə yaxın şəxslərin adları çəkilərək xatırlanmışdır.
Kitabda müəllifin penitensiar xidmətə aid olmayan, digər müxtəlif mövzulardan bəhs edən əllidən çox hekayəsindən 40-ı seçilərək ŞƏHƏR, KƏND, MÜƏLLİM, QADIN, MÜHARİBƏ başlıqları altında oxuculara təqdim olunur.
Rövşən Yerfi. "Yerfi silsiləsi". Kiçik esselər. Azərbaycan nəsrində ilk olaraq, xidmət əməkdaşı kimi məhbəs romanı ("Üzdəniraq ada" (2003)), məhbəs pyesi ("Sanitarlar" (2017)), qadın cəza evi haqqında povest (“Qadın düşərgəsi” (2006)), pyes (“Həbsxana bənövşəsi”(2013) və HIV təhlükəsi barədə hekayə (“HIV qasırğası”(2007)) yazmış Rövşən Yerfinin bu kitabı düşünməyi sevənlər üçündür. Kitaba müxtəlif mövzularda yazılan 51 kiçik esse, 21 mənsur şeir və bir neçə şeir toplanıb.
Rövşən Yerfi. "Müqəssir". Roman. Təqaüddə çıxmış ədliyyə qulluqçusu, tanınmış yazıçı-publisitin bu yeni romanı cəmiyyətimizdə ictimai problemə çevrilmiş, ailə faciələrindən - erkən nigah, qısqanclıq və qətldən bəhs edən həyat hekayətidir. Həm mövzusuna, həm də yazı tərzinə görə, əsərin çağdaş ədəbiyyatımızda mühüm bir hadisə olduğuna inanırıq.
Rövşən Yerfi. “Qazamat “sanitar”ları”. Povestlər. Kitabda cəza yerlərinin müasir həqiqətləri təsvir edilir. “Qazamat “sanitar”ları”nda hadisələr əsasən həbsxanadakı ən yüksək və ən aşağı təbəqələrdən bəhs edir. Oxucu əhvalatlarla tanış olduqca bir-biri ilə sərt təzadları olan təbəqələr arasında həm də yaxınlıq tapacaq, fiziki və mənəvi üzdəniraqlığı şərtləndirən əlamətləri aydınlaşdıracaqdır. Oxucuların marağını nəzərə alıb kitaba “Residivist” povesti də əlavə olunmuşdur.
Rövşən Yerfi. "Lənətə gələnlər". Ananın tək oğlunu Rusiyada qalmaqla Qarabağ döyüşlərindən yayındırması... Yaşlaşandan sonra ailəsi ilə vətənə qayıdan oğulun işsizlikdən əyyaşa dönməsi... Və sonda ananın daim ehtiyatlandığı faciəli oğul itkisi... Lənətə gələnlər... Kimdir lənətə gələnlər..? Onlar niyə, nədən lənətlənmişlər..? Bu insanların bizdən fərqi çoxmu..?
Rövşən Yerfi. "HİV qasırğası" povest. HİV qasırgası – bir cümlə ilə ifadə edilə bilməyəcək elə faciədir ki, tanrı heç kəsin başına gətirməsin. Kitaba uzun illər Penitensiar Xidmətin əməkdaşı olmuş müəllifin yeni maraqlı əsəri verilib.
Rövşən Yerfi. "Penitensiar lövhәlәr". Toplu. Kitaba uzun illər Penitensiar Xidmətin əməkdaşı olmuş müəllifin cəzaçəkmə müəssisəsinin həyatına dair əhvalatlarla bağlı hekayələri, “Həbsxana bənövşəsi” adlı pyesi və bir müsahibəsi toplanmışdır. Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.