Yaqub Məğrur. "Keçəl Həmzənin nəvələri". Lətifələr, gülməgələr, yumor və satirik əsərlər. Tanınmış şair-nasir, publisit və qəzetin baş redaktorun yeni kitabı. Qarabağ lətifələri seriyasından I Kitab. Cəbrayıl gülməcələri.
Yaqub Məğrur. "Vətən naminə". Poetik-ədəbi əsərlər toplusu. Kitabda Qarabağın, eləcə də Cəbrayılın faciəli tarixi, keçmişi və bu günü barədə müəllifin faktlara söykənən şeirləri, publisistik yazıları və s. dərc edilmişdir.
Yaqub Məğrur. "Gəlirəm, Qarabağ!" Poetik-ədəbi toplu. Şeirlər, poemalar, publisitika və elegiyalar. Yaqub Məğrur oxucularla növbəti görüşə hazırladığı "Gəlirəm, Qarabağ!" kitabında mövzuları geniş əhatə edən çox saylı mənzum şeirlərində doğma Yurd nisgilindən, sözdən Vətənə çəpər çəkməsindən danışır...
Yaqub Məğrur. "Qeyrət nəğməsi". Şair-publisist Yaqub Mrurun bu yeni e-kitabına qələmə aldığı poetik-lirik şeirlərindən, esselərdən, publisistik əsərlərdən nümunələr və haqqında yazılmış məqalələr, şeirlər toplanıb... Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
Yaqub Məğrur. "Qadın - sirli tapmaca..." Şair-publisist Yaqub Məğrurun yeni poetik nümunələrindən, lirik şeirlərindən və poemalardan ibarət elektron kitabı...