Mənzərə Sadıqova. “Qadınlar və kişilər”. (Hekayələr və povest). Kitaba müəllifin son illərdə mətbuatda çap olunan, internetdə yayılan nəsr əsərləri daxil edilmişdir. Müasir ruhlu hekayələrdə zəmanəmizdəki qadın-kişi münasibətlərindən bəhs olunur. Sürətlə dəyişən dünyada yeni çalarlar kəsb edən milli-mənəvi, əxlaqi dəyərlərimizə güzgü tutulur. XXI əsrin reallıqları zəminində İNSANın yaşantıları, ruhi çırpıntıları ön plana çəkilir. Hisslərin zəngin çalarlı palitrası fonunda xarakterlərin psixoloji dərinliyinə baş vurulur. Oxucu öz müasirlərini bir az da yaxından tanıyır.
Mənzərə Sadıqova. "Yaşam" (Toplu). Kitabda müəllifin bədii-fəlsəfi düşüncələri, lirik yaradıcılığı, elmi-publisistik məqalələri toplanmışdır. Kitab geniş oxucu kütləsi, tədqiqatçılar, jurnalistika fakültəsinin tələbələri üçün nəzərdə tutulmuşdur.