Mehriban Xalıq. “Tərs qadınlar və sevimli kişi”. Bədii nəsr nümunələri: hekayə, povest, roman... Kitaba həyat reallıqları haqqında müəllifin qələmə aldığı bədii əsərlər toplanıb. Mehriban Xalıq 80-cı illərdə ədəbiyyata gəlib. Dövri mətbuatda çap olunan hekayələri ilk gündən oxucu qəlbinə yol tapıb. Mehriban xanımın nəsri gündəlik qarşılaşdığımız adi həyat həqiqətləridir ki, o, bunları özünə məxsus təhkiyədə işləyərək oxucunu ardınca çəkə bilir. Müəllifin qəhrəmanları həyatlarının ən çətin anlarında belə öz daxili təmizliklərinə sadiq qalaraq ən yaxşı insanı keyfiyyətləri- düzgünlüyü, səmimiliyi, doğruluğu və xeyirxahlığı saxlamağa çalışırlar.