Ülviyyə Tahir. "Şeytanın missiyası". İstedadlı gənc yazar Ülviyyə Tahir 1980-ci ildə Göyçayda anadan olub, 1998-ci ildə BDU tarix fakultəsinə daxil olub, oranın məzunudur. Uşaqlıqdan yaradıcılıqla məşgul olsa da, 4 ildir ədəbiyyata ciddi bir iş kimi önəm veririr. Dövri mətbuatda ardıcıl çap olunur, keçən il ilk kitabı - " Şeytanın missiyası" adı altında işıq üzü görüb. İkinci kitabı çapa hazırlanır, bu yaxınlarda işıq üzü görəcək. E-kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.