Cavanşir Yusifli. "Ramiz Rövşən yaradıcılığı poetk sistem kimi". Filoloji fantaziya - elmi araşdırma. Araşdırmada kiçik bir dövrün çox mürəkəb hadisələri lakonik dillə, fərqli yanaşma və incələmə üsulları ilə öyrənilir. Bu kitabda Ramiz Rövşən təkcə öz nəsildaşlarının əhatəsində deyil, daha çox mənsub olduğu etnik-mədəni sistemin çərçivəsində – təsir və əks təsir qovşağında araşdırılır.
Cavanşir Yusifli. "Azərbaycan komediyasının poetikası". Doktorluq dissertasiyası əsasında elmi-filoloji monoqrafiya. E-kitabda ədəbiyyat nəzəriyyəsi sahəsinə fərqli baxış sərgilənir. YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Gənc elektron elm – Virtual İnternet Resurs Mərkəzi”.