"Virtual @qətl". Çox fərli bir elektron rəqəmsal Virtual Kitab. Mistik və erotik hekayələr, povestlər, virtual e-roman, esselər, kulturoloji məqalələr, bədii tərcümələr, poetik əsərlər, müsahibələr...
Oxucuların müzakirəsinə buraxılan "Dünyanın kulturoloji dərki" elmi-kulturoloji toplu Prezident təqaüdçüsü, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, Azərbaycan Yazıçılar Birliyinin İctimai Qurumlarla Əlaqə və Analitik-İnformasiya Mərkəzinin rəhbəri, istedadlı yazıçı-kulturoloq Aydın Xanın (Əbilov) sayca dördüncü kitabıdır.
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xanın (Əbilov) Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyin sifarişinə əsasən 2006-cı ildə nəşr olunmuş elmi, filoloji, kulturoloji araşdırmalar toplusu
"Kulturoloji - alternativ düşüncələr". Modern kulturologiya sahəsinə aid bu kitabdakı elmi-intellektual materiallar dünyanın mədəniyyət vasitəsiylə dərkinə aidddir. "Kulturoloji - alternativ düşüncələr" kitabı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2007-ci ildə nəşr olunub.