Amid Əlioğlu. "İntihar edənlərin qatili". Roman. Bu əsərində gənc nasir oxucunun marağı, bir az da irəli gedib belə demək mümkünsə, psixo-art əhvalıyla qəribə - magik üslubu, axıcı - rəvan dili, mətndaxili gedişatla, real həyatın dibindən gələn mistik hadisələrlə heyrətləndirməyi bacarıb. Ayrı-ayrı fəsillərə bölünən, eyni qəhrəmanın müxtəlif situasiyalarda başına gələnlər fonunda oxucularına son illərin real və bir qədər də i-real görünən hadisələrini nəql edən müəllif daha çox cəmiyyət ilə fərd arasındakı əzəli münaqişələrə diqqəti yönəltməyə çalışır.