Mehman Süleymanov. "Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixi. II cild." İki cilddə. II cild. Kitab XX əsrin əvvəllərində Şərqdə ilkin olaraq müstəqillıyıni əldə etmiş və demokratik dövlət quruculuğuna başlamış ADR-nin istiqlaliyyətinin hərbi müdafiəsinin təşkili problemlərinə həsr olunmuşdur.
Mehman Süleymanov. "Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixi. I cild." İki cilddə. I cild. Kitab XX əsrin əvvəllərində Şərqdə ilkin olaraq müstəqillıyıni əldə etmiş və demokratik dövlət quruculuğuna başlamış ADR-nin istiqlaliyyətinin hərbi müdafiəsinin təşkili problemlərinə həsr olunmuşdur.
Mehman Süleymanov. "Azərbaycan Ordusunun tarixi: II cild: noyabr 1918 - aprel 1920". İki cilldə. İkinci kitabda Milli Ordumuzun şanlı və mürəkkəb tarixi elmi formada izlənilir.
Mehman Süleymanov. "Azərbaycan Ordusunun tarixi: I cild: 1917-1918". İki cilldə. Birinci kitabda Milli Ordumuzun şanlı və mürəkkəb tarixi elmi formada izlənilir.
Mehman Süleymanov. "Şah İsmayıl Səfəvi". Tarixi-qəhrəmanlıq elmi araşdırması. Kitab Azərbaycan xalqının dövlətçilik tarixində yeni bir səhifə açmış, Səfəvilər sülaləsinin əsasını qoymuş, görkəmli sərkərdə, məharətli döyüşçü, istetdadlı şair Şah İsmayıl Səfəvinin həyat və fəaliyyətinə həsr edilmişdir.
Mehman Süleymanov. "Səməd bəy Mehmandarov". Tarixi-elmi araşdırma. Lənkəranda doğulmuş, boya-başa çatmış peşəkar hərbiçi, general və ictimai-siyasi xadim, düşüncə adamı haqında kulturoloji kitab.
Mehman Süleymanov. "Nuri Paşa və silahdaşları". 20-ci əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi uğrunda başladılan mücadilə hərəkatında , qədim və gözəl Bakı şəhərinin, Şərqin mədəni, ictimai-siyasi mərkəzlərindən biri olan Bakının birləşmiş düşmən qüvvələrindən azad edilməsində Qafqaz İslam Ordusunun və bu ordunun komandanı Nuru Paşanın böyük xidmətləri olub. Bu kitabda böyük sərkərdənin və onun silahdaşlarının keçdiyi şərəfli yol öz əksini tapıb.
Mehman Süleymanov. "Nadir şah". Tarixi-elmi araşdırma. Kitab Asiyanın sonuncu böyük fatehi sayılan Nadir şahın həyat və hərbi fəaliyyətnə həsr edilmişdir. Müəllif tərəfindən Nadir şahın uşaqlıq illəri, onun sərkərdə kimi formalaşdığı mürəkkəb hərbi-siyasi şərait, onu hakimiyyətə aparan döyüş yolu, böyük bir imperiyanın yaradılması üçün tarixə sığmayan fatehliyi və nəhayət faciəli həyatı geniş şəkildə araşdırılmışdır.