Etibar Kərimli. "Antik ədəbiyyat və biz". Elmi-publistik kitab. “Antik ədəbiyyat və biz” kitabı Azərbaycanda antik ədəbiyyatın tədqiqi tarixini, bu kontekstdə qədim dövrün Şərq-Qərb elmi-ədəbi əlaqə və təsirlərini araşdırmaya cəlb edən elmi-tədqiqat işindən, həmçinin, klassik filologiyanın bir sıra aktual mövzularına, bütövlükdə ədəbi-nəzəri və kulturoloji problemlərə toxunan elmi, elmi-publisistik məqalələrdən ibarətdir. Kitab klassik filologiya sahəsində çalışan alimlər, aspirantlar, müəllim və tələbələr, həmçinin, antik dünya ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Etibar Kərimli. Şor qırağının rəngli yuxuları. Nəsr əsərləri: povest, hekayə və publisitik əsərlər toplusu. İstedadlı cavan nasirin bu e-kitabı "Çağdaş Azərbaycan bədii nəsri" ədəbi-kulturoloji layihəsi çərçivəsində hazırlanıb.