Zəminə Xınalı (Zəminə Məhəmməd qızı Bayramova). "Əliağa Şıxlinski - Artilleriyanın Allahı" (Poema). «Artilleriyanın Allahı» poeması Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, hərbçi şairə Zəminə Xınalının oxucularla növbəti görüşüdür. «Azərbaycan generalları» silsiləsindən olan bu əsər Azərbaycanın hərb tarixində silinməz izlər qoymuş, «Artilleriyanın Allahı» titulu qazanmış general-leytenant Əliağa Şıxlınskinin keşməkeşli həyatına, hərb tarixində göstərdiyi şücaətlərə həsr olunmuşdur. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Zəminə Xınalı. “Qəhrəman Həzi”. Bu poema hərbçi-şairə Zəminə Xınalının oxucularla növbəti görüşüdür. Əsər iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları General-Mayoru Həzi Aslanovun əfsanəvi qəhrəmanlığına həsr olunmuşdur.