Əfzələddin Rəhimli. "İntiharın kölgəsi". Media nümayəndələri, elm, qələm sahibləri, ruhanilər və sair intiharları önləməkdə böyük rola olmalıdır. Hamımız bilirik ki, intiharın qarşısı yalnız maarifləndirmə yolu ilə alına bilər. Bunu sırf iqtisadi və başqa amillərə bağlamaq sadəlövhlük olardı. Çünki araşdırmalar göstərir ki, dünyada bu amillərdən qaynaqlanan intiharların sayı, başqa amillərlə müqayisədə daha azdır. Əsas məsələ, insanlara inam və iradə bəxş etməkdir.