Yaşar Bünyad. "İblisin busəsi". Roman. Yaşar Bünyadın “İblis busəsi” romanının mövzusu təlatümlü 80-90-cı il hadisələrinə və bu ağır dövrün min cür məhrumiyyətlərlə üzləşmiş talesiz insanlarına həsr olunub.
Yaşar Bünyad. "Miqrant" - Hekayələr toplusu. Kitabda yazıçının 7 hekayəsi çap olunub. Mətnlərdə qabarıq yazıçı səmimiyyəti var, latayır jarqonlardan istifadə tam yerindədir – bazarın atmosferinə uyğundur. Təhkiyə şirindir, ifadələr şirəlidir, mətndə boşluq yoxdur, dadlı məcaz, baməzə ironiya mətn boyu adamı şirnikdirir və sonluğa doğru çəkir. Paraqraflarla mətnin xronoloji idarəsi, zaman-məkan keçidləri ustaca qurulub.