Nizami Cəfərov. "Mir Cəlalın və milli ideyaları". Monoqrafiya. Akademik, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili Nizami Cəfərovun görkəmli yazıçı və dəyərli alim M.C.Paşayevin ideoloji-fəlsəfi, ədəbi-mənəvi yaradıcılıq düşüncələrinə həsr olunmuş kitabı.
"Türk xalqları ədəbiyyatı". Dörd cilddə. IV cild. Nəşrə hazırlayanı: Nizami Cəfərov. Dördüncü cilddə (ən yeni dövr) isə XX əsrdən bu günümüzədək türk dünyasının böyük sənətkarlarından Cambul Cabayev, Səməd Vurğun, Nazim Hikmət, Mustay Kərim, Musa Cəlil, Qafur Qulam, Məhəmmədhüseyn Şəhriyar və digərləri haqqında məlumatlar, əsərlərindən nümunələr toplanmışdır.
"Türk xalqları ədəbiyyatı". Dörd cilddə. III cild. Nəşrə hazırlayanı: Nizami Cəfərov. Üçüncü cilddə (yeni dövr) XVI-XVII əsrlərdən başlamış türk xalqlarının dastanları, o cümlədən "Koroğlu" dastanı, Molla Pənah Vaqifin yaradıcılığından nümunələr, türkmən ədəbiyyatının böyük nümayəndəsi Məhtumqulu Fəraqi yaradıcılığından seçmələr, Mirzə Fətəli Axundovun "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" dramı, qazax ədəbiyyatı tarixində realist düşüncənin əsasını qoyan Abay Kunanbayevin şeirləri, Tofiq Fikrətin şeirlərindən seçmələr, Mirzə Ələkbər Sabirin "Hophopnamə"si, "Molla Nəsrəddin" jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin "Poçt qutusu", "Usta Zeynal" hekayələri, "Ölülər" komediyası və s. verilmişdir.
"Türk xalqları ədəbiyyatı". Dörd cilddə. II cild. Nəşrə hazırlayanı: Nizami Cəfərov. İkinci cilddə (orta dövr) türk xalqlarının XIII əsrdən XVII əsrin əvvəllərinə qədər olan dövrü əhatə edən adət-ənənələri qələmə alınmışdır. Kitabda türk ədəbiyyatı tarixinin orta dövründə formalaşan və ən yeni dövrün əvvəllərinə qədər ideyalarla, süjetlərlə zənginləşmiş akın-ırçılar (manasçılar) tərəfindən yüksək sənətkarlıqla ifa olunmuş "Manas" eposu təqdim olunmuşdur. Bu cilddə Yunus İmrə, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli və Mahmud Baqinin əsərləri barədə də məlumatlar yer almışdır.
"Türk xalqları ədəbiyyatı". Dörd cilddə. I cild. Nəşrə hazırlayanı: Nizami Cəfərov. Birinci cilddə (qədim dövr) qədim türk eposu, şeiri və nəsrindən nümunələr, "Kitabi-Dədə Qorqud", Əhməd Yəsəvinin "Divani-hikmət" nəsihətamiz əsəri, Nizami Gəncəvinin "İsgəndərnamə" poeması və sairə verilmişdir.
Nizami Cəfərov. "Seçilmiş əsərləri". Beş cilddə. V cild. Elmi irsimiz seriyası N 15 (44 - 2013). Kitaba AMEA-nın müxbir üzvü, professor N.Cəfərovun Azərbaycan ədəbiyyatına, filologiya məsələlərinə həsr olunmuş elmi-kulturoloji əsərləri toplanıb...
Nizami Cəfərov. "Seçilmiş əsərləri". Beş cilddə. IV cild. Elmi irsimiz seriyası N 11 (124 - 2012). AMEA-nın müxbir üzvü, professor N.Cəfərovun türkologiya, Azərbaycan və Türk dünyasına, elcə də ədəbiyyat, filologiya məsələlərinə həsr olunmuş elmi-kulturoloji əsərləri
"Seçilmiş əsərləri". Beş cilddə. III cild. Elmi irsimiz seriyası N 05 (96 - 2012). AMEA-nın müxbir üzvü, professor N.Cəfərovun türkologiya, Azərbaycan Türk dünyasındakı etnokulturoloji, siyasi-mədəni mövqeyinə həsr olunmuş elmi əsərləri daxil edilib... "Elmi irsimiz" N 05
Nizami Cəfərov. "Seçilmiş əsərləri". Beş cilddə. II cild. Elmi irsimiz seriyası N 02 (68 - 2012). AMEA-nın müxbir üzvü, professor N.Cəfərovun Azərbaycan ədəbiyyatı tarixinə həsr olunmuş elmi əsərləri...