Bu e-nəşr əslən Qubadlıdan olan şairin II Qarabağ - Vətən müharibəsi haqqında poetik-lirik əsərlərdən ibarət toplusunun elektron variantıdır. E-kitab "Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması" - Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı kulturoloji-innovativ layihə çərçivəsində hazırlanaraq yayımlanır.
Bu kitab əslən Qubadlıdan olan istedadlı şairin oxucularla dördüncü görüşüdür. Kitab “Zəfər duyğuları”, “İkinci Qarabağ müharibəsindən öncə yaızılanlar” və “Poemalar” başlıqları altında toplanan üç böləmədən ibarətdir.