Bu kitab II Vətən müharibəsində Mingəçevir şəhərini təmsil edən qəhrəman oğullardan şəhid Əli və İslam qardaşlarının igidliyindən, nümunəvi döyüş yolundan bəhs edir. Şəhidlərin özlərinin zəhmətlə tikdiyi ev onların adına “Əli-İslam Ev muzeyi” olaraq ziyarətgaha çevrilib.
Tanınmış şair, publisit, nasir, qəzet redaktorunun bədii nəsr əsərləri - povest, hekayələr və esselər toplusu. Lirik-psixoloji üslubda, ustalıqla qələmə alınmış bu nəsr nümunələrində müəllifin real həyat hadisələrinə bir şairanə münasibəti sərgilənir.