Qarabağ veteranı, dəyərli yazıçımız Səfdər Eminovun yazdığı əsərlərin hamısı müharibə mövzusundadır. İnanırıq ku, onun yazdığı hər bir əsər Azərbaycan ədəbiyyatına ən gözəl töhvə olmaqla bərabər, gələcək nəsilimizə kişilik, igidlik məktəbidir. «213-cü gün» əsəri ermənilərə əsir düşən və erməni cəlladlarının işğəncəsinə məruz qalan əsgərlərimizin faciəli həyatından bəhs edir.
Məhsuldar yazıçınlın bu yeni kitabındakı “Rəngsiz ölüm” sənədli-bədii romanı və “Sayrışan ulduzlar” povestləri “Casus ovu”ndan sonra araya-ərsəyə gətirdiyi, günümüzün aktuallığını əks etdirən vətənpərvərlik mövzusunu özündə ehtiva edən ədəbi nümunələrdir.
İstedadlı müəllifin bu romanı oxucuların böyük marağına səbəb olacaq. Əsər SSRİ-nin son dövrünü və Azərbaycanımızın müstəqilliyinin yenidən bərpası ərəfəsində və sonrakı dönəmlərdə qarşıya çıxan çətinliklərdən, qəhrəman azəri oğullarının iştirak etdiyi qanlı döyüşlərdən, əsir düşmüş soydaşlarımızın işgəncə dolu ağır həyatından bəhs edir.