İstedadlı qələm sahibinin oxucularla görüşü bu dəfə "Dedim bəlkə sözüm qala..." kitabındakı oxunaqlı əsərləri ilə baş tutdu... Bu kitab sözü bilən və bildiyini cəsarətlə, ürəyinin odu ilə yazan istedadlı jurnalist, publisist, tədqiqatçı, yazıçı Qalib Rəhimlinin yaradıcı ömrünün ehtiva etdiyi ədəbi-publisist düşüncələrinin bir hissəsidir