Bu nəfis kitab Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə yaradılan Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinə həsr olunur. Təqdim olunan elektron nəşrlər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin “Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” adlı növbəti üçaylıq kulturoloji layihəsi çərçivəsində e-nəşrə hazırlanaraq yayımlanır.