Müştərək müəlliflərin - Samid Quliyev və Etibar Babayevin elmi-tarixi araşdırması olan bu kitab Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları haqqında unikal nəşrdir. Kitab Azərbaycanda, o cümlədən Lənkəran rayonunda əsrlərdir ki, mövcud olan multikultural mədəniyyətin tarixindən bəhs edir. Burada Lənkəranın tarixi, burada yaşayan xalqlar, dini icmalar, məbəd və ziyarətgahlar barədə geniş məlumat verilmişdir.Bu e-nəşr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2025-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi “Azərbaycanın kulturoloji tolerantlığı” kreativ-innovativ layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.