Bu hekayələr toplusu Azərbaycanın ilk poliqrafçı alimi, yazıçı-publisit Şəddat Cəfərovun seçilmiş hekayələri əsasında hazırlanmışdır. Bu hekayələrdə yazıçı həyatın real hadisələrini özünə-məxsus bir üslubda təsvir etmişdir. Kitabın Azərbaycancayla yanaşı, ölkəmizdə yaşayan altı xalqın - talış, rus, hapıt, tat, ləzgi, kürd dillində olması aidiyyatı üzrə tələb olunan auditoriya üçün faydalı vəsaitdir. Bu e-kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2025-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi “Azərbaycanın kulturoloji tolerantlığı” kreativ-innovativ layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.