Elektron kitabın bu növbəti cildinə ölkəmizin yeni dövlətçilik ənənələrini yaratmış, həyatını vətəninin azadlığına, bütövlüyünə, iqtisadi-mədəni inkişafına həsr etmiş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şərəfli siyasi-dövlətçilik fəaliyyətinin elmi tərəflərinə həsr olunub. Təqdim olunan silsilə elektron nəşrlər Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası”adlınövbəti üçaylıq layihəsi çərçivəsində hazırlanıb. “Heydər Əliyev. Elmi miras”: coxcildli elektron nəşrin bu yeni - V cildində dahi tarixi şəxsiyyət, görkəmli siyasətçi, Ulu Öndərimiz Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyətinin elmi tərəfləri araşdırılaraq gənclərin diqqətinə çatdırılır.