Kitabın müəllifi rus-sovet, erməni, digər xarici ölkə müəlliflərinin əsərlərinə, çoxsaylı arxiv materiallarına, müxtəlif mənbələrə istinad edərək erməni faşizminin, erməni xislətinin, erməniliyin anatomiyasını bütün incəliklərinə qədər açır, oxucuya tanıdır. Bununla yanaşı əsərdə erməni şovinizmini qızışdıran erməni kilsəsinin, ermənilərin ələ aldıqları beynəlxalq qüvvələrin, eləcə də beşinci kalonun fəaliyyətlərindən də bəhs edilir. Ermənilik və terrorizm vəhdətinin insana, insanlığa bəla olduğu göstərilir. Əsərdə təsvir olunun bütün hadisələrin, faciələrin, tarixi proseslərin analizi verilir. Səbəbləri araşdırılır, yol verilən nöqsanlar göstərilir, müəyyən qənaətlərə gəlinir.