Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Aşıq Qəribin Bakı səfəri". Gürcüstan Dövlət Mükafatı laureatı İmir Məmmədlinin novella və hekayələri. YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 52 (2011)

Müəllif:

İmir Məmmədli


Kateqoriya:

Orta ədəbi nəsil



Qısa Təsvir:

"Aşıq Qəribin Bakı səfəri". Gürcüstan Dövlət Mükafatı laureatı, Şərəf  Ordenli yazıçı  İmir Məmmədlinin novella və hekayələri.  YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 52 (2011)


Baxış sayı: 3746
    
    



 

Kitab   WWW.KİTABXANA.NET - Milli Virtual Kitabxananın “Orta nəsil Azərbaycan yazarlarının əsərlərinin rəqəmsal formatda nəşrə hazırlanaraq Virtual  Kitabxanada yerləşdirməklə, anadilli İnternet resurslarımızı zənginləşdirmək” Kulturoloji Layihə çərçivəsində nəşrə hazırlanır və yayılır.


Elektron Kitab N 3


Kulturoloji layihənin bu hissəsini maliyyələşdir:


Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 



 

www.kitabxana.net

 

Milli Virtual Kitabxananın təqdimatında

 

 

İMİR MƏMMƏDLİ

 

 

 Aşıq Qəribin Bakı səfəri

 

 

(Novella və hekayələr)

 

 

Elektron kitab

 

YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 52 (2011)

 

Redaktoru və e-nəşrə hazırlayanı:

Aydın Xan (Əbilov) - yazar-kulturoloq

 

YYSQ - Milli Virtual Kitabxana

 

Bakı – 2011


 

 

Gürcüstan Dövlət Mükafatı laureatı, Şərəf  Ordenli yazıçı  İmir Məmmədli,  çoxlu novella, şeir və publisistik yazı müəllifidir. Bir neçə dram əsəri səhnələşdirilib. Onun kinossenariləri əsasında bədii televiziya filmləri çəkilib. Orijinal yaradıcılıqdan əlavə bədii tərcümə ilə də məşğul olur. Məhəmməd peyğəmbərin  kəlamlarını, Yunis İmrənin, Aşıq Ələsgərin və başqa ədiblərin əsərlərini gürcü dilinə tərcümə edib. Şota Rustavilinin “Pələng dərili cəngavər” poemasının Azərbaycan dilinə orijinaldan ilk tərcüməsinin müəllifidir.

Yazarın sayca onuncu kitabına daxil olan əsrləri də əvvəlki kimi gizli sarkazm və incə yumorla səciyyələnir.  

İmir Məmmədli Əbədi fəailiyyətinə görə “UGART”  və “Maçabeli” ədəbi mükafatlarına da layiq görülüb.