ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Kitab WWW.KİTABXANA.NET - Milli Virtual Kitabxananın “Orta nəsil Azərbaycan yazarlarının əsərlərinin rəqəmsal formatda nəşrə hazırlanaraq Virtual Kitabxanada yerləşdirməklə, anadilli İnternet resurslarımızı zənginləşdirmək” Kulturoloji Layihə çərçivəsində nəşrə hazırlanır və yayılır.
Elektron Kitab N 4
Kulturoloji layihənin bu hissəsini maliyyələşdir:
Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
Simuzər Nüsrətbəyli
"Kitab, Kitab, Kitab..."
Simuzər Nüsrətbəyli, «Kitab, kitab, kitab...» Bakı, «ŞUR» 2010, 528 səh.
"Kitab, kitab, kitab..." Tanınmış şairənin seçilmiş 7 kitabından ibarət poetik toplu. YYSQ ilə www.kitabxana.net – Milli Virtual Kitabxananın rəqəmsal e-nəşri N 47...
İstedadlı şair Simuzər Nüsrətbəyli (Baxışlı Simuzər Abdulla qızı) bu dəfə oxucularının görüşünə yeddi kitabını bir kitabda cəmləyib gəlib. (1. “Zaman özü deyəcək” (1994), 2. “Sənubər” (1998), 3. “Dəniz anamdır mənim” (1998), 4. “Daşlarda yaddaş mənəm” (1999), 5. “Həyatın qəmində sevinc tapardım” (2000), 6. “Gecəni çıraq edib” (2002), 7. “Qara gözlərin işığı” (2010). Qeyd: Bu kitabda xronoloji ardıcıllıq əvvəldən yox, axırdan başlayır.)
Müxtəlif illərdə ayrı-ayrılıqda çap olunan kitablar Simuzər xanımın son illərdə yazdığı “Qara gözlərin işığı” adlı yeni kitabıyla bir məcrada, bir axarda birləşir. Yüksək vətəndaşlıq, Vətən məhəbbəti, torpaq yanğısı, ata-ana, övlad istəyi və bir də saf sevgi duyğuları bu kitabda gedən şeir və poemaların aparıcı xəttidir.
© Simuzər Nüsrətbəyli, 2010
SİMUZƏR NÜSRƏTBƏYLİ – BAXIŞLI SİMUZƏR ABDULLA QIZI LƏNKƏRAN RAYONUNUN SÜTƏMURDOV KƏNDİNDƏ DÜNYAYA GÖZ AÇIB. YENİYETMƏ ÇAĞLARINI BU GÖZƏL DİYARDA KEÇİRİB.
1967-Cİ İLDƏN BAKIDA YAŞAYIR. ALİ TƏHSİLLİDİR. AZƏRBAYCAN YAZIÇILAR, JURNALİSTLƏR BİRLİKLƏRİNİN VƏ BAKI ŞƏHƏR QADINLAR ASSOSİASİYASININ ÜZVÜDÜR.
1999-CU İLDƏ AYB NƏZDİNDƏ YARATDIĞI “ŞAM” ƏDƏBİ MƏCLİSİNİN SƏDRİDİR.
2000-Cİ İLDƏ ƏSRİN İLK İLİ NOMİNASİYASINDA QALİB OLARAQ, İLİN ŞAİRİ OLMUŞDUR.
“MƏNİM GÖZ YAŞLARIM ÇEVRİLDİ DAŞA” KİTABI 2010-CU İLDƏ İLİN QALİB KİTABI ADINI ALMIŞDIR.
“QIZIL QƏLƏM” MÜKAFATINA LAYİQ GÖRÜLÜB. HAL-HAZIRDA “ƏDƏBİYYAT QƏZETİ”NDƏ XARİCİ ƏLAQƏLƏR ŞÖBƏSİNİN MÜDİRİ VƏZİFƏSİNDƏ İŞLƏYİR.
AİLƏLİDİR. İKİ QIZI, BİR OĞLU VAR.