Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Şeirlər. İranın tanınmış modern şairəsindən əla poetik nümunələr... Furuğ Fərruxzad qonşu ölkənin faciəli şairlərindən sayılır...

Müəllif:

Furuğ Fərruxzad


Kateqoriya:

İran



Qısa Təsvir:

Furuğ Fərruxzad. Şeirlər. Şeirlər. İranın tanınmış modern şairəsindən əla poetik nümunələr... Furuğ Fərruxzad qonşu dövlətin faciəli şairlərindən sayılır... 5 Yanvar 1935-ci ildə Tehranda doğulub. 13 fevral 1967-ci ildə bir maşın qəzasında həyata əlvida deyib.


Baxış sayı: 70
    
    



Furuğ Fərruxzad


Şeirlər


 


YENİDƏN MƏRHABA DEYƏCƏM GÜNƏŞƏ


Yenidən Mərhaba Deyəcəm Günəşə
Gövdəmdə axan nəhrlərə
Buludlar kimi uzanıb gedən düşüncəmə
Mənimlə birlikdə quru fəsillərdən keçən
Bağçamdakı ağacların hüzünlü böyüməsinə
Gecənin qoxusunu hədiyyə edən qarğalar
Yaşlılıq biçimim olan və aynada yaşayan anama
Təkrarlanan şəhvətimlə döllənən yerüzünə
Yenidən mərhaba deyəcəm

Gəlirəm, gəlirəm, gəlirəm,
Saçlarımla: Yeraltı qoxularının davamı
Gözlərimlə: Qaranlıq təcrübəsiylə
Divarların o tərəfindən qopardığım budaqlarımla,
Gəlirəm, gəlirəm, gəlirəm,
Və eşqlə dolu eyvanda gözləyən qıza
Yenidən mərhaba deyəcəm.


Türkcəsi: Cavit Mukaddəsindir


Uyğulayan Tofiq Abdin.


DUSTAQ

 

Səni istəyirəm və bilirəm
əsla qoynuma almayacağam.
Sən o aydın və par-par göy üzüsən,
mən bu qəfəsdə bir dustağam.

Qara və soyuq barmaqlıqlar arxasından,
gözlərim həsrətlə baxır üzünə,
bir əl uzanaydı mənə,
qəfildən mən uçam sənə.

Boş bir anda arzu edirəm
bu səssiz həbsxanada uçmayı,
güləndə gözətçi adamın gözünə,
inanıram yaşamağa yenidən başlamayı.

Arzu edirəm, ancaq bilirəm əsla
bu qəfəsdən qurtarmağa gücüm qalmamış,
gözətçi adam istəsə belə,
qanadlanıb uçmağa nəfəsim qalmamış.

barmaqlıqlar ardında hər sabah,
bir çocuğun baxışı gülər mənə ,
sevinc şərqilərini başladığımda,
dodağında öpücüklə göndərər mənə.

Şayət bir gün, ey göyüzü
Qanadlanırsam bu səssiz evdən,
ağlayan çocuğa necə deyərəm ,
dustaq bir quşam, vaz keç məndən?

Bir şamam, canımın şölələriylə,
Xarabaları işıqlandıraram
Qaranlığı seçərsəm əyər,
bir yuvanı yıxıb dağıdaram...

Türkcəsi Haşim Hüsrəvşahi


Uyğulayan Tofiq Abdin 

 

QUZĞUN

 

təpəmdə bir quzğun
hirslə ölməmi gözləyir
mən isə düşünürəm
necə bir tələ qurum ki
mənə yaxınlaşsın da
onu vura bilim

nəfəs almaq üçün
oturmaq istəsəm
aha yıxıldı deyə
atılacaq üstümə
onu vurmaq üçün
anlayınca fürsət gözlədiyimi
hirslə şığıyır göyüzünə

nəsildən nəslə
onlarla insanlar öldü
yem oldular bu ixtiyar quzğuna

yaşadıqlarımdan bilirəm
sonu gəlmiş bu günün
yaxınlaşan bir anı var
ya sənin, ya ixtiyar quzğunun

bu cadugər, bu qarımış
leş yeyənin taleyi sənə bağlı
bacarmasan əyər
sıran gəldi deməkdir

təpəmdə bir quzğun
hirslə gözləyir ölməmi
vay əgər
fürsəti mən qaçırırsam

tökülür susqunluğuna axşamın
azanın ayaq səsləri
şəhər axşamının xəyalında yanır
altın ormanları yuxuların
və otağımın susqunluğunda
cümə axşamıyla məşğuldur
azanın ayaq səsləri

mənim əlimdə kitab
cumə axşamı səssiz
yavaş-yavaş gəlir qulağıma,
əzan
kimə oxuyur
nə deyir
şəhər
məşğuldur Cümə axşamıyla
və o qərib səs
lüm-lüt bir kəndli kimi
itir şəhərin tünlüyündə
mən yenə
kitab oxuyuram

Türkiyə türkcəsi : Sobhi BABƏK


Uyğulama Tofiq Abdin

 

 

CÜMƏ

 

 

səssiz Cümə
tərk edilmiş Cümə
köhnə küçələrə bənzər hüzünlü Cümə
xəstəlikli tənbəl Cümə
sönən sinsi əsnəmələr Cüməsi
gözləmədiyimiz Cümə
təslim olmanın Cüməsi

boş ev
sıxıntılı ev
gəncliyin gücünə məğlub ev
qaranlıq ev və günəşin xəyalı ev
yalnızlıq, fal və şübhə evi
pərdə, kitab, taxça və rəsmlər evi

ah nə gözəl, rahat və qururla keçirdi
qərib bir su axıntısı kimi
bu tərk edilmiş səssiz Cümələrdə
bu sıxıntılı evlərdə
mənim həyatım
aaah nə gözəl, rahat və qururla keçirdi...

 

Türkiyə türkcəsi: Haşim HÜSRƏVŞAHİ


Uyğulama: Tofiq Abdin

 

YERÜZÜ AYƏTLƏRİ

 

Quş sadəcə bir quşdu
quş, nə qoxu, nə günəş,
ah, dedi
bahar gəlmiş
və tayımı tapmağa gedəcəm mən
quş süfrənin kənarından
uçdu, bir xəbər kimi uçdu və getdi
quş minik bir quş
quş düşünə bilmirdi
quş qəzet oxumurdu
quşun borcu yoxdu
quş insanları tanımırdı
quş havada
təhlükə işıqlarının üstündə
bixəbərliyin üstündə uçurdu
və mavi anları
çılğınca dimdikləyirdi

quş, ah, sadəcə bir quşdu

 


RÜZGAR BİZİ APARACAQ

 

sıxıntılı gecələrimdə mənim, nə yazıq
rüzgarın yarpaqlarla görüşməsi var
sıxıntılı gecələrimdə mənim
dağılmaq qorxusu var

dinlə
qaranlığın titrəməsini
eşidirsənmi?
baxıram bu xöşbəxtliyə
dəlisiyəm öz ümidsizliyimin

dinlə
qaranlığın titrəməsini
eşidirsənmi?
İndi bir şeylər keçir gecədən
ay qızıldır,
palçıqlı evlərin
hər an yıxılmaq qorxusundakı damlarında
bulutlar sanki, bir matəm misali
ha indicə axıb töküləcəklər

bir an
və sonrasında heçlik
bu pəncərənin arxasında gecə titrəmədə
və yerüzü gedərək durmada
bu pəncərənin arxasında bir bilinməz
səni və məni maraqla gözlər
ey başdan aşağı yaşıl!
Yandıran xatirələr kimi
əllərini burax mənim aşiq əllərimə
və dodaqlarını
həyatın isti duyğusunu
mənim sevdalı dodaqlarımın
oxşayışına burax
rüzgar bizi aparacaq
rüzgar bizi aparacaq.

 

Türkcəsi: Onat Kutlar


Uyğulayan Tofiq Abdin

 

___________________________

 

5 Yanvar 1935-ci ildə Tehranda doğulub. 13 fevral 1967-ci ildə bir maşın qəzasında həyata əlvida deyib.


Kitabları:

 

Dustaq (1952)
Divar (1956)
Üsyan (1957)
Yenidən Doğuş (1963)
Seçmə Şeirlər (1964)
İnanaq Soyuq Mövsümün Başlandığına (1974, ölümündən sonra )