ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
"Qəza"
(pyes)
Gənc yazardan dram janrında bir eksperiment bədii yazı: Qarabağ mövzusuna aiddir...Yazı müharibə şəraitini və azadlıq mübarizəsindən qismən bəhs edir. əsas tema xalqın dönməzliyi mövzusudur.
Qəza
14.04.2011
I
(Pərdə qalxır ağacların arası ilə üzü aşağı üçü də tənginəfəs qaçırlar. Narahat etməsin deyə avtomatın qayışını əlləri ilə tutublar. Bir an əvvəl hərbi hissəyə çatmaq istəyirlər. Olub bitəni xəbər verməkdən başqa çarə olmadığını fikirləşirdi leytnant. Hərbi hissəyə çatmişdılar ancaq necə çatdıqlarını heç özləri də bilmirdilər)
Leytinant (tənginəfəs): it köpək uşağında bir qıram da insaf, mərhəmət yoxdur. Belə də biqeyrətlik olar? (nəfəsini dərib) Adama deyərlər ay nakişi uşağın, qadının, qocanın günahı nədir axı qırırsan? Ay binamus atanda, babanda elə sən özündə türkün çörəyi ilə böyümüsən axı. Nə olub indi quduz itə dönmüsən?
Birinci əsgər: (sinirli halda) Oturublar rusun qucağına rusda ki, bular çalan havaya oynayır. Güllə istəyir bomba verir.Bu sütü xarablar da rusun tankında özlərini “qəhrəman” hesab edirlər.Rusa nə var ey ortada Azərbaycan gedir!
İkinci əsgər : Yox lələ günah bizdədir. Özümüz çiynimizə mindirmişik də. Gəncəyə çar ordusu gələndə xəyanət etdilər yaddan çıxartdıq, 18də qırdılar unutduq. İrəvanı ver dedilər verdik indi də gəliblər ki Qarabağı da ver. Allah Rəsulzadəyə rəhmət eləsin ancaq İrəvan yarasını sinəmizdə dağ etdi. Bu gedişlə Qarabağı da alarlar.
Birinci əsgər: (sözünü kəsib) Yada ki ,verərlər. Bizim kimi xalqı gör Allahın rusu nə günlərə saldı.Gözümüz puldan,kreslodan başqa heç nə görmür.
Leytinant: Bəsdir siz Allahın. Olan olub keçən keçib barı əlimizdəkinə sahib çıxaq. (qəflətən içəri hərbi formada biri daxil olub üzünü salondakılara tutur)
Əsgər: Komandir gəlir birazdan yanında Bakıdan qonaqlar da olacaq. Bir də Moskvadan.(sözünü bitirib salonu tərk edir)
Leytinant: (istehzayla) Bakıda..aan Moskvada..aan elə bilirlər millət qoyundur, kardır, kordur. Daha demirlər ki, nə o Bakıdan gələnlər, nə də Moskvadan gələnlər dərdimizə dərman ola bilər. Bakıdan gələnlərin hansına baxsan gecə qoynuna basdığı ermənidir. Tək tük özümüzdən olanlar var oları da hər fürsətdə....(sözünü yarımçıq qoyur). Moskvadan gələnlərə bax. Adama deyərlər bu davanı başladan sən özünsən indi nə olub ki, belə mələk donuna bürünmüsən?
( Qapı açılır və qonaqlar içəri daxil olurlar. Bütün heyət bir nəfər kimi ayağa qalxır. Komandir qonaqları oturtduqdan sonra bir başa kürsüyə çıxır.)