ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Kitab WWW.KİTABXANA.NET - Milli Virtual Kitabxananın “Orta nəsil Azərbaycan yazarlarının əsərlərinin rəqəmsal formatda nəşrə hazırlanaraq Virtual Kitabxanada yerləşdirməklə, anadilli İnternet resurslarımızı zənginləşdirmək” Kulturoloji Layihə çərçivəsində nəşrə hazırlanır və yayılır.
Elektron Kitab N 20
Kulturoloji layihənin bu hissəsini maliyyələşdir:
Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
Milli Virtual Kitabxananın Təqdimatında
Cabir Novruz
Özünü qoru, xalqım
(Şeirlər)
Elektron kitab
YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 69 (2011)
Redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan (Əbilov) - yazar-kulturoloq
YYSQ - Milli Virtual Kitabxana
Bakı - 2011
Cabir Novruz. Özünü qoru xalqım. Azərbaycan nəşriyyatı, Bakı, 2002.
"Özünü qoru xalqım". "Azərbaycan" nəşriyyatı tərəfindən 2002-ci ildə nəşr olunmuş bu kitaba tanınmış xalq şairinin seçmə poetik əsərləri daxil edilib...
Cabir Novruz
1958-ci ildə «Bakı» axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə «Azərbaycan» ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə «Ədəbiyyat və incəsənət» qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olmuşdur.
Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmışdır.
Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərmişdir. Vəğənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançalıq ideyaları ilə sıx bağlı olmuşdur. Şairin poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirmiş və bu poeziyanı daha həyati etmişdir.
Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanmışdır.
Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, həyatının bütün mərhələlərində ölkəmizdə gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olmuş, xalqımızın həyatında baş verən təleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir.
Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, «Əməkdar incəsənət xadimi», «Xalq şairi» fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülmüşdür. Cabir Növruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı səçilmişdir.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində vəfat etmişdir.
Görkəmli şair, həqiqi vətəndaş və səmimi insan Cabir Novruzun əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.
http://cabirnovruz.gen.az/heyati.php